Futbol üzrə Türkiyə Superkubokunun qalibi olan “Fənərbağça”da komanda üzvlərinə pul mükafatı verilib.
“İki sahil” xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.
İddiaya görə, finalda “Qalatasaray” üzərində qazanılan qələbəyə görə futbolçular ümumilikdə 1,5 milyon avro mükafat alıblar.
Qeyd edək ki, ötən gün Atatürk Olimpiya Stadionunda keçirilən qarşılaşma “Fənərbağça”nın 2:0 hesablı qalibiyyəti ilə başa çatıb.
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB