Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək.
“İki sahil” xəbər verir ki, qadınların yarışında iki təxirə salınan görüş baş tutacaq.
VII turdan təxirə salınan matçda "Milli Aviasiya Akademiyası" evdə "Gənclər"i qəbul edəcək. II turdan təxirə salınan qarşılaşmada isə UNEC evdə "Abşeron"la üz-üzə gələcək.
Kişi voleybolçuların birinciliyində isə IX tura start veriləcək. "Azərreyl" Fövqəladə Hallar Nazirliyinin idman zalında "Ordu" ilə qarşılaşacaq.
Qeyd edək ki, hər üç görüş saat 17:00-da başlayacaq.
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB