"Napoli"nin baş məşqçisi Antonio Konte İtaliya A Seriyasında iki oyunluq diskvalifikasiya edilib.
“İki sahil” xəbər verir ki, buna 56 yaşlı mütəxəssisin İtaliya çempionatının XX turunda "İnter"ə qarşı keçirilən matçda etdiyi aqressiv hərəkətlər səbəb olub.
O, sözügedən matçda komandasının qapısına penalti təyin olunduqdan sonra su şüşəsini təpikləyib və qarşılaşmanın dördüncü hakiminə aqressiv şəkildə qışqırıb. Bu davranışlardan sonra Konte qırmızı vərəqə ilə meydandan qovulub.
Beləliklə, Antonio Konte komandasının "Parma" və "Sassuolo" ilə matçlarını tribunadan izləməli olacaq.
Qeyd edək ki, "Napoli" İtaliya A Seriyasında 39 xalla üçüncü sırada qərarlaşıb.
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB
Samir Şərifov: Azərbaycan FIFA U-15 dünya çempionatı və festivalına ev sahibliyi etməkdən qürur duyur