İtaliya təmsilçisi "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu yanvar ayının sonuna qədər komandasına kömək edə bilməyəcək.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı futbolçunun sol ayaq əzələsində zədə aşkarlanıb. Türkiyəli oyunçu 2 həftə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm "İnter"in heyətində bütün turnirlərdə 22 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB
Samir Şərifov: Azərbaycan FIFA U-15 dünya çempionatı və festivalına ev sahibliyi etməkdən qürur duyur