Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kəraçi şəhərindəki ticarət mərkəzində baş verən yanğın nəticəsində həyatını itirənlərin olması ilə bağlı Pakistana başsağlığı verib.
“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"Kəraçidəki ticarət mərkəzində günahsız insanların həyatını itirməsi və yaralanması ilə nəticələnən faciəvi yanğın hadisəsindən dərin kədər hissi keçiririk. Qurbanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə ürəkdən başsağlığı veririk", - paylaşımda bildirilib.
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik edib
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram