“İranda qalan Azərbaycan vətəndaşları ilə bağlı Tehrandakı səfirliyimiz və Təbrizdəki Baş konsulluğumuz mütəmadi olaraq fəaliyyət göstərir”.
“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir deyib ki, Azərbaycan vətəndaşları hər hansı çətinliklə üzləşdikdə əlaqə nömrələri vasitəsilə diplomatik nümayəndəliklərə müraciət edə bilərlər:
“Hazırda ciddi problem müşahidə etmirik. İrandakı səfirliyimiz və baş konsulluğumuz da tam fəaliyyətini davam etdirir”.
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik edib
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram