“20 Yanvar 1990-cı il Azərbaycanın tarixində həm faciə, həm də cəsarət günü kimi əbədi həkk olunub — qan və dirənişlə yoğrulmuş bir oyanış. Tankların kölgəsi altında xalqın iradəsi sınmadı, o, azadlıq andına çevrildi”.
“İki sahil” xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.
“Zaman keçir, amma dərs qalır: zülm müvəqqətidir, xalqın ruhu isə əbədidir. Biz gələcək naminə canlarını fəda edənləri anır, onların fədakarlığından güc alaraq gələcək nəsillər üçün sülh və harmoniya qururuq”, - paylaşımda deyilir.
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik edib
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram