Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşüb.
“İki sahil” xəbər verir ki, söhbət zamanı Azərbaycan və Finlandiya prezidentlərinin əvvəlki görüşləri məmnunluqla xatırlandı, həmin görüşlər zamanı ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığı vurğulandı.
Görüşdə regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı, “Nordic-Baltic Eight” qrupuna üzv ölkələrlə Azərbaycan arasında əməkdaşlığın perspektivlərinə toxunuldu. Eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri qeyd edildi.
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik edib
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram