"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda bu gün Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə üz-üzə gələcək.
“İki sahil” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də start götürəcək.
Qarşılaşmanın baş hakimi isveçrəli Sandro Şerer olacaq.
Xatırladaq ki, Azərbaycan çempionu hazırda 7 xalla 25-ci pillədə qərarlaşıb. Frankfurt təmsilçisi isə 4 xalla 33-cü sıradadır.
Avropa çempionatı: Azərbaycanın 3 boksçusu finala yüksəlib, 2-si bürünc medal qazanıb