Bu günə bankın 17 725 590 ədəd səhmi var. Bunların təxminən 5%-i həcmində, yəni 932 926 ədəd adi, adlı səhmin bazara təqdim olunması planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov təmsil etdiyi bankın səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında bildirib.
M. Süleymanov qeyd edib ki, hazırda emissiya prospektinin yekunlaşması səhmlərin qiymətinə və digər çərçivənin formalaşması işlərini aparırıq: "Bu və digər şərtlər, o cümlədən bazar amili, investor marağı, qiymətləndirmə nəticəsi, beynəlxalq təcrübələr nəzərə alınacaq.
Əsas hədəfimiz səhmlərin geniş investor kütləsi üçün əlçatan olmasıdır. Səhmlərin satış prosesinin həm rəqəmsal, həm də fiziki kanallar şəklində qurmağı planlaşdırırıq. Anderrayter "PAŞA Kapital" olacaq. Eyni zamanda hazırda biz digər broker şirkətləri ilə də danışıqlar aparırıq".
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib