2025-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 64 milyard 448,4 milyon manatlıq əməliyyat aparılıb.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 11,1 faiz azdır.
İllik göstəricinin 8 milyard 36,9 milyon manatlıq hissəsi ilkin bazarda (7,1 faiz az), 56 milyard 411,5 milyon manatlıq hissəsi isə təkrar bazarda (11,6 faiz az) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 30 916 əqd bağlanılıb. Bu, illik müqayisədə 57,2 faiz azdır. Əqdlərin 4 323-ü ilkin bazarın (91,65 faiz az), 26 593-ü isə təkrar bazarın (29,7 faiz çox) payına düşüb.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib