İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının nümayəndələri “TEKTiTE 2026” beynəlxalq innovasiya platforması çərçivəsində keçirilən onlayn görüşdə iştirak ediblər. Görüş tərəfdaş ölkələr və qurumlar arasında ilkin koordinasiya, eləcə də əməkdaşlıq imkanlarının müzakirəsi məqsədi daşıyıb.
“İki sahil” xəbər verir ki, görüşdə “Enterprise Azerbaijan” tərəfindən həyata keçirilən “Startup School” layihələri, həmçinin portalın Azərbaycanın innovasiya ekosistemi, yerli startapların beynəlxalq platformalara inteqrasiyası istiqamətində fəaliyyəti təqdim edilib.
“TEKTiTE-2026” qlobal innovasiya və texnologiya əməkdaşlığına həsr olunmuş beynəlxalq proqramdır. Proqram çərçivəsində startaplar, tədqiqat mərkəzləri, korporativ strukturlar və investorlar arasında texnologiya transferi, PoC (Proof of Concept), birgə R&D və kommersiyalaşdırma imkanları yaradılır. “TEKTiTE-2026” Cənubi Koreyada yerləşən “DeltaTech-Korea” şirkəti tərəfindən təşkil olunur və tədbirin planlaşdırılması, platformanın idarə edilməsi, eləcə də qlobal tərəfdaşların cəlb edilməsi bu şirkət tərəfindən həyata keçirilir.
Azərbaycandan olan startaplar “TEKTiTE-2026” vasitəsilə beynəlxalq korporasiyalarla birbaşa əlaqə qurmaq, öz texnoloji həllərini qlobal platformada təqdim etmək, pilot layihələrdə iştirak etmək və yeni bazarlara çıxış imkanları əldə edə bilərlər.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib