İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) internet səhifəsi yenilənmədən sonra istifadəyə verilib.
“İki sahil” xəbər verir ki, Fondun internet resursu həm dizayn, həm funksional imkanlar baxımından yenidən hazırlanıb.
Saytın yeni strukturu İKZF-nin göstərdiyi xidmətlər haqqında məlumatları daha rahat əldə etmək, yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətlərindən faydalanmaq üçün qayda və təlimatlarla tanış olmaq, hesablamalar aparmaq, Elektron İpoteka və Kredit Zəmanət Sistemi vasitəsilə müraciət göndərmək, online ödəniş etmək və s. imkanlar verir.
Eyni zamanda səhifədə Fondun fəaliyyətini əks etdirən xəbərlər, hesabatlar, audit rəyləri və infoqrafik məlumatlar əksini tapıb.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib