Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) filial şəbəkəsinin 62 faizi regionlardadır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev Bakıda keçirilən I İnvestor-Mikromaliyyə Forumunda bildirib.
Onun sözlərinə görə, BOKT-lar bu baxımdan bankları üstələyir. Bundan başqa, AMB rəsmisi deyib ki, BOKT-ların nizamnamə fondunda xarici kapitalın payı 39 faiz təşkil edir.
Xatırladaq ki, Azərbaycanda 54 BOKT fəaliyyət göstərir. Mikromaliyyə sektorunu həmçinin 35 kredit ittifaqı təmsil edir.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib