Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işləri aparılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) məlumat yayıb.
Məlumata görə, BŞİH başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti bununla bağlı hazırlıqlara başlayıb.
Belə ki, sözügedən işlər Nərimanov, Nəsimi, Səbail, Xətai, Sabunçu, Nizami, Yasamal, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ və Pirallahı rayonlarını əhatə edəcək.
Paytaxt ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işlərinə 65 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib