2025-ci ildə Azərbaycan 170,8 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın yanvar sayında bildirilir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 35 % çoxdur.
Təkcə dekabrda isə Azərbaycan 7 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 47,8 % azdır.
Ötən il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı əvvəlki illə müqayisədə 8,1 % artaraq 3,6 milyard ABŞ dolları təşkil edib.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib