Yaponiya energetikanı, o cümlədən yaşıl enerjini Azərbaycanla əməkdaşlığın prioritet istiqaməti hesab edir.
“İki sahil” xəbər verir ki, bu barədə "Report"a Yaponiyanın Azərbaycandakı səfiri Katuya Vatanabe məlumat verib.
O Azərbaycanı çox cəlbedici ölkə kimi xarakterizə edib və ikitərəfli əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensialı vurğulayıb.
"Prioritet istiqamət energetikadır, o cümlədən yaşıl enerji. Bundan əlavə, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün potensial mövcuddur", - Vatanabe qeyd edib.
Səfir xatırladıb ki, Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın son iclası keçən il Tokioda keçirilib.
"Ənənəyə uyğun olaraq, növbəti iclas Bakıda keçiriləcək. Dəqiq tarix hələ məlum deyil, lakin tərəflər bu məsələni yaxın zamanda müzakirə etməyi planlaşdırırlar. Həmçinin bu il xarici işlər nazirlikləri arasında məsləhətləşmələr də keçiriləcək", - o bildirib.
Vatanabe qeyd edib ki, ötən il tərəflər informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar və cari ildə onun həyata keçirilməsi üçün daha konkret mexanizmlərinin müzakirəsi planlaşdırılır.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib