Monteneqronun turizm naziri Simonida Kordiç və Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasıyev turizm sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Monteneqronun Turizm Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər Monteneqro və Azərbaycanın dostluq münasibətlərini qoruduğunu və iki ölkə arasında turist axınının artırılması üçün əhəmiyyətli imkanlar mövcud olduğunu qeyd ediblər.
S. Kordiç Azərbaycan səfirinə məlumat verib ki, keçən il Monteneqroya səfər edən Azərbaycan turistlərinin sayı 54 % artıb, bu isə Monteneqronun turistlər üçün getdikcə daha çox maraq doğurduğunu təsdiqləyir.
O həmçinin xatırladıb ki, Bakıdakı keçirilmiş İnvestisiya Forumunda Azərbaycanın Turizm Agentliyinin sədri və iqtisadiyyat naziri, eləcə də işgüzar dairələrin nümayəndələri və potensial investorlarla görüşüb:
"Azərbaycan Monteneqroda artıq 800 milyon avrodan çox dəyərə sahib əhəmiyyətli investisiyalara malikdir. İnvestisiya potensialını və indiyədək uğurlu əməkdaşlığı nəzərə alaraq inanırıq ki, investisiyalar davam edəcək".
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib