Bu il yanvarın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,5 bənd təşkil edib.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,9 bənd az, ötən ilin yanvarın 1-i ilə müqayisədə 6,7 bənd azdır.
Yanvarın 1-nə manatın real effektiv məzənnəsi 115,8 bənd təşkil edib. Bu isə ötən il dekabrın 1-nə olan göstərici ilə müqayisədə 0,5 bənd az, ötən il yanvarın 1-i ilə müqayisədə isə 9,3 bənd azdır.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib