Bu ilin yanvarın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 25 milyard 821,9 milyon manat təşkil edib.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 8,3 % az, 2025-ci ilin yavarın 1-i ilə müqayisədə 2,9 % azdır.
Hesabat tarixinə bankların xalis daxili aktivləri 24 milyard 038,4 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 17,2 % çox, ötən ilin yanvarın 1-i ilə müqayisədə 20,9 % çoxdur.
Azərbaycanda ümumi aktivləri 57 milyard 86,2 milyon manat olan 22 bank fəaliyyət göstərir.
İkinci "INMerge" İnvestisiya Forumu qlobal investorları Bakıda bir araya gətirib
Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək