“Aztelekom” MMC beynəlxalq internet trafikinin magistral fiber-optik şəbəkə üzərindən daşınması üçün infrastruktur bazasını gücləndirir.
“İki sahil” xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Belə ki, cari aydan şirkət mövcud yüksəktutumlu fiber-optik ötürmə texnologiyasına əsaslanan şəbəkəsinin (DWDM) genişləndirilməsinə və müvafiq proqram təminatlarının yenilənməsinə başlayır.
Bu təşəbbüsün icrası nəticəsində Azərbaycanın Şimal – Cənub və Qərb rəqəmsal tranzit dəhlizlərinin əsas komponenti kimi mövqeyi daha da möhkəmlənəcək və bu, ölkəmizin beynəlxalq rəqəmsal mühitdə rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verəcək.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib