Parisdə Beynəlxalq Nəqliyyat Forumunun Nəqliyyatı İdarəetmə Şurasının fövqəladə sessiyası keçirilib. Beynəlxalq Nəqliyyat Forumu (BNF) Azərbaycanın sözügedən tədbirə sədrliyini yüksək qiymətləndirib.
“İki sahil” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iclasdan sonra BNF-nin sosial media hesabında paylaşılan açıqlamada iclasın uğurla idarə olunmasına və müzakirələrin səmərəli şəkildə yönləndirilməsinə görə Azərbaycana xüsusi minnətdarlıq ifadə edilib.
Fövqəladə sessiya nəqliyyat siyasəti üzrə dialoq üçün mühüm platforma rolunu oynayıb və ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığa sadiqliyini növbəti dəfə nümayiş etdirib.
Məlumat üçün bildirək ki, Azərbaycanın BNF-yə prezidentliyi 6-8 may 2026-cı il tarixlərində “Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi” mövzusunda keçiriləcək sammitlə yekunlaşacaq. BNF-yə prezidentlik ölkəmizin qlobal nəqliyyat siyasətinin formalaşdırılmasındakı rolunu daha da möhkəmləndirəcək.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib