Fevralın 3-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero ilə görüşündə turizm üzrə ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub.
“İki sahil” xəbər verir ki, görüş zamanı xanım səfir Azərbaycan turizm sənayesini təmsil edən bir neçə nəfərlik heyət üçün Meksikaya tanışlıq səfərinin təşkil olunacağı barədə məlumat verib.
Həmçinin o, Fuad Nağıyevi 27-30 aprel tarixlərində Akapulko şəhərində keçiriləcək Latın Amerikası regionunun ən böyük və nüfuzlu sərgilərindən biri olan “Tianguis Turistico Mexico 2026” sərgisində iştirak etməyə dəvət edib.
Fuad Nağıyev öz növbəsində Azərbaycan tərəfinin Meksikanın aparıcı bloger və media nümayəndələrinin ölkəmizə tanışlıq səfərinin keçirilməsinə hazır olduğunu qeyd edib.
Görüşdə BMT Turizm və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib