BP Azərbaycandakı layihələrə indiyədək 87 milyard ABŞ dolları məbləğində sərmayə qoyub.
“İki sahil” xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə quyular üzrə vitse-prezidenti Rassel Morris Bakıda keçirilən "IADC Drilling Caspian & Black Sea 2026" konfrans və sərgisində bildirib.
Onun sözlərinə görə, "Azəri-Çıraq-Günəşli" neft yatağından indiyədək 4,5 milyard barel neft hasil edilib: "Amma o, köhnə yataqdır. Odur ki, neft və qaz hasilatını davam etdirmək üçün bu yatağa getdikcə daha çox texnologiya tətbiq etməliyik".
R.Morris qeyd edib ki, BP keçən ilin sonunda "Mərkəzi Azəri" yatağında 1 150 metr dərinliyində üfüqi quyu qazıb: "Həmin quyudan gündəlik 7 500 bareldən çox neft hasil edilir. Bu, çox gözəl nəticədir və gözləntilərimizdən xeyli irəlidədir".
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib