2025-ci ilin sonuna Azərbaycanın bank sektorunun izafi likvid vəsaitləri 3,9 milyard manat təşkil edib.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov bildirib.
"Buna baxmayaraq, monetar siyasətin əməliyyat çərçivəsində bütün alətlərimizdən istifadə edərək bizim əsas istinad faiz indeksimizi - AZIR (Azerbaijan Interbank Rate) indeksini uçot dərəcəsi ətrafında idarə etməyə nail olmuşuq. Siz bunu artıq gündəlik izləyə bilərsiniz", - deyə o qeyd edib.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib