Son 20 ildə Azərbaycan əhalisi 17 milyard ABŞ dolları dəyərində xalis xarici valyuta alıb.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Həmin məbləği manata, avroya, funt sterlinqə də çevirə bilərsiniz. Biz buna "yastıq altındakı vəsait" deyə bilərik. Əsas məqsədimiz odur ki, o pullar real sektora gəlsin, ölkə iqtisadiyyatına yönəlsin", - deyə o qeyd edib.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycandakı mübadilə şöbələrində nağd xarici valyutanın alışı satışını 423 milyon ABŞ dolları üstələyib.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib