Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turnirinə start verilib.
“İki sahil” xəbər verir ki, “Zaqreb Open” adlanan ənənəvi yarışda ölkəmizi qadın güləşi üzrə millimiz təmsil edir. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Əsmər Cankurtaran, Elnurə Məmmədova (hər ikisi 50 kiloqram), Nərgiz Səmədova (53 kiloqram), Jalə Əliyeva (57 kiloqram), Günay Qurbanova (59 kiloqram), Birgül Soltanova (68 kiloqram) və Zəhra Kərimzadə (72 kiloqram) xalçaya çıxacaqlar.
Turnirdə ədaləti I dərəcəli hakim Əli Babayev qoruyacaq.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq