Ötən gün hərracların bağlanışında Avropada qazın 1000 kubmetrinin qiyməti 412 ABŞ dollarını ötüb.
“İki sahil” xəbər verir ki, 5 fevral tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə mart fyuçerslərinin qiyməti 412,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (409,4 dollar) ilə müqayisədə 0,7% çoxdur.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib