Masallı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə Masallı şəhərinin Dadva məhəlləsində qeydə alınıb.
1995-ci il təvəllüdlü Vəli Azər oğlu Hətəmzadə idarə etdi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən 1947-cı il təvəllüdlü Qardaş Məhərrəm oğlu Fətullayevin idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində xəsarət alan hər iki sürücü Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırilıb.
Vəziyyəti ağır olan Q.Fətullayev daha sonra Masallıdakı özəl klinikalardan birinə yerləşdirilib. Aparılan bütün reanimasyon tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
V.Hətəmzadənin müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
"Report"
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib