Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə fevralın 8-də Vatikana səfərə yola düşür.
QMİ-nin Mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, səfər Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Roma Papası XIV Leonun şəxsi dəvəti ilə baş tutur. Şeyxülislam A.Paşazadə fevralın 9-da Pontifikin audiensiyasında olacaq.
Səfər müddətində Azərbaycandakı dini konfessiya rəhbərlərinin Vatikanın Dövlət katibi Kardinal Pyetro Parolin və digər Vatikan rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib