"Atletiko"nun ulduz hücumçusu Xulian Alvares karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
“İki sahil” xəbər verir ki, "ESPN Argentina"nın məlumatına görə, "Çelsi" klubu 26 yaşlı argentinalını heyətinə qatmaq üçün hərəkətə keçib.
Məlumata görə, tərəflər arasında danışıqlar davam edir. Hətta futbolçunun nümayəndələri bu yaxınlarda Liqa Kuboku çərçivəsində Londonda keçirilən “Çelsi” – “Arsenal” matçını canlı izləyiblər.
Qeyd edək ki, "Transfermarket" portalı Alvaresin transfer dəyərini 100 milyon avro olaraq qiymətləndirir.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq