Bu ilin yanvar ayında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 2 milyard 294,7 milyon manat olub.
“İki sahil” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 % çoxdur.
İndiyə qədər Azərbaycan ərazisində 110 694 ədəd yeni nəsil NKA quraşdırılıb.
"Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib