Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 10,675 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib.
“İki sahil” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9,5 % azdır.
Hesabat dövründə Türkiyənin taxıl, paxlalılar, yağl toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 9,3 % azalaraq 929 milyard ABŞ dollarına düşüb.
Türkiyədən ən çox bu məhsulların idxalını İraq 109 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 34,3 % az), ABŞ 62,386 milyon ABŞ dolları (10 % çox) və Suriya 54,481 milyon ABŞ dolları (2,8 % az) dəyərində həyata keçirib.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib