Kataloniya klubu gənc futbolçusu Xuan Ernandesin gələcəyi ilə bağlı qərarını verib.
“İki sahil” xəbər verir ki, Kataloniya təmsilçisi yarımmüdafiəçi ilə müqaviləsini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı futbolçu ilə yeni anlaşma 2028-ci ilin yayına qədər qüvvədə olacaq.
Müqavilədə daha bir mövsüm uzatma bəndi də yer alıb.
Qeyd edək ki, Ernandes 2020-ci ildə “Saraqosa” akademiyasından “Barselona”ya keçib. O, cari mövsümdə “Barselona B”nin heyətində 20 matça çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Gənc futbolçu eyni zamanda əsas komandanın 4 oyunu üçün də sifariş ərizəsinə daxil edilib.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq