Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinin ilk gününü iki medalla başa vurublar.
“İki sahil” xəbər verir ki, Ruslan Paşayev (66 kq) bürünc medal qazanıb.
Daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl mükafata sahib çıxıb.
Nazir Talıbov (66 kq) 1/16 final mərhələsində Migel Qaqoya (Portuqaliya) uduzub.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.
***
Azərbaycanın cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.
“İki sahil” xəbər verir ki, buna Balabəy Ağayev (60 kq) nail olub.
27 yaşlı idmançı finalda ukraynalı Dilşot Xalmatova qalib gəlib.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq