Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, "Sulutəpə" dairəsi istiqamətində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhudiyyət səbəbindən bir sıra yollarda nəqliyyatın sıxlığı müşahidə olunur.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.
Məlumata görə, təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhudiyyət səbəbindən;
1. Bakı-Sumqayıt şosesi Sumqayıt;
2. Tbilisi prospekti, Sumqayıt;
3. Ziya Bünyadov prospekti, Alı Mustafayev, Sumqayıt;
4. Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, Beynəlxalq Avtovağzal;
5. Binəqədi rayonu, Mir Cəlal küçəsi ilə Asif Məhərrəmov küçəsinin kəsişməsi, Beynəlxalq Avtovağzal istiqamətlərində nəqliyyat sıxlığı müşahidə olunur.
Hazırda qeyd edilən istiqamətlərdə nəqliyyatın intensivliyini artırmaq məqsədilə yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib