ABŞ-ın dağ xizəkçisi, olimpiya çempionu Lindsi Vonn İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunlarında ağır zədə alıb.
“İki sahil” yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı idmançı dağdan eniş zamanı idarəetməni itirərək qəzaya uğrayıb.
Qapılardan birinə çırpılan Vonn ağrılar içində yerə yıxılıb. Bu hadisədən sonra yarış 10 dəqiqədən çox dayandırılıb. İdmançı helikopterlə təxliyə olunub.
Qeyd edək ki, L.Vonn bir həftə əvvəl, İsveçrədə keçirilən turnirdə dizindən ciddi zədə (sümük əzilməsi və menisk zədəsi) almışdı. Buna baxmayaraq, o, olimpiadada iştirak etmək qərarına gəlmişdi.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq