Yaponiyalı snoubordçu Tomoka Takeuti qadınlar arasında Qış Olimpiya Oyunlarında iştirak üzrə rekord müəyyənləşdirib.
“İki sahil” Qış Olimpiya Oyunları - 2026-nın rəsmi saytına istinadən xəbər verir ki, İtaliyada keçirilən 2026-cı il Olimpiya Oyunlarında paralel nəhəng slalom yarışlarının təsnifat mərhələsi başa çatdıqdan sonra Takeuti ardıcıl yeddi Olimpiadada iştirak edən ilk qadın idmançı olub.
42 yaşlı snoubordçu cari mövsümün sonunda karyerasını başa vurmağı planlaşdırır.
Qeyd edək ki, Takeuti (Soçi-2014) Olimpiya Oyunlarının gümüş mükafatçısı, İtaliyada (2012) keçirilən Dünya Kuboku mərhələsinin qalibi, həmçinin Dünya Kuboku mərhələlərinin çoxsaylı mükafatçısıdır.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq