Milanda keçirilən Qış Olimpiya Oyunları təkcə idman mübarizəsi ilə deyil, həm də kostyum dizaynı ilə diqqət mərkəzindədir.
“İki sahil” xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən elan edilmiş və milli olimpiya yığmalarının ən yaxşı formalarının seçilməsini nəzərdə tutan müsabiqənin nəticələri dünya üzrə aparıcı kostyum dizaynerləri tərəfindən böyük maraqla gözlənilir.
Moda və səhnə kostyumu sahəsində tanınmış mütəxəssislər hesab edirlər ki, bu il təqdim olunan formalar estetik yanaşma, milli identiklik və funksionallığın uğurlu sintezini nümayiş etdirir. Bir çox ölkə dizaynda innovativ materiallardan, ekoloji təmiz parçalardan və müasir texnologiyalardan istifadə edib.
Ekspertlərin fikrincə, BOK-un müsabiqəsi Olimpiya modasının inkişafına yeni impuls verəcək. Nəticələrin açıqlanması isə idman və moda dünyası arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verə bilər.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq