Qubada 8 nəfər qidadan zəhərlənib.
Hadisə rayonun Xucbala kəndində qonaqlıq zamanı baş verib. Zəhərlənən şəxslər Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qusar Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, fevralın 8-i saat 14 radələrində zəhərlənmə şübhəsi ilə 8 nəfər (2 kişi, 6 qadın) şəxs) xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara qida toksikoinfeksiya diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir.
AZƏRTAC
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib