Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzi ilə tanış olublar.
“İki sahil” xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Autizm Mərkəzi Gəncə ilə yanaşı, ətraf regionlardan - Şəmkir, Daşkəsən, Tovuz, Samux və digər rayonlardan müraciət edən ailələrə və onların övladlarına dəstək göstərir.
Bildirilib ki, burada həyata keçirilən proqramlar uşaqların cəmiyyətə və ailəyə inteqrasiyasında, eləcə də onların aktiv rol almasına töhfə verir. Mərkəz vasitəsilə regionda reabilitasiya ilə yanaşı, autizm, neyromüxtəliflik və inklüzivlik mövzularında maarifləndirmə kampaniyaları həyata keçirilir.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib