Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhid Laçınov Əhmədin ailəsi millət vəkili Asif Əsgərov tərəfindən ziyarət olunub.
“İki sahil” xəbər verir ki, ziyarət zamanı şəhidin ailə üzvləri ilə səmimi söhbət aparılıb, onların qayğı və problemləri yerində öyrənilib.
Millət vəkili bildirib ki, şəhid ailələri xalqımız üçün müqəddəs əmanətdir,onların diqqətdə saxlanılması dövlət siyasətinin əsas prioritetlərindəndir.
Daha sonra millət vəkili növbəti vətəndaş qəbulunu Zaqatala rayonunun Mamrux kəndində keçirib. Qəbulda Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər. Görüş zamanı kənd sakinlərini narahat edən əsas məsələlər — elektrik enerjisi, qazlaşma və digər sosial problemlər dinlənilib, müraciətlər yerində müzakirə olunub. Qaldırılan bəzi məsələlər yerində həllini tapıb,millət vəkikinin səlahiyyəti çərçivəsində olmayan məsələlər isə müvafiq qurumlara yönləndirilib və nəzarətə götürülüb.
Qəbul zamanı vətəndaşların müraciətləri əsasında aztəminatlı ailələrə maddi yardım da göstərilib.
Görüşlərin sonunda həm şəhid ailəsi, həm də Mamrux kəndinin sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib