İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe La Liqada Kriştianu Ronaldu, Lionel Messi və Luis Suaresin nailiyyətini təkrarlayıb.
“İki sahil” xəbər verir ki, 27 yaşlı hücumçu buna XXIII turda "Valensiya"nı səfərdə məğlub etdikləri matçda fərqlənməklə nail olub.
Fransalı forvard cari mövsüm çempionatda meydana çıxdığı 22 matçda 23 qola imza atıb.
Daha əvvəl "Barselona"nın sabiq futbolçuları Luis Suares (2015/2016), Lionel Messi (2012/2013) və "Real"ın keçmiş hücumçusu Kriştianu Ronaldu (2014/2015) bunu bacarıb.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq