İngiltərənin "Tottenhem" klubu fransalı hücumçu Randal Kolo Muani ilə bağlı qərar verib.
“İki sahil” xəbər verir ki, London klubu 27 yaşlı hücumçunu icarə müddəti başa çatdıqdan sonra PSJ-dən transfer etmək niyyətində deyil.
Məhz bu səbəbdən Kolo Muaninin qış "transfer pəncərəsi"ndə "Tottenhem"i tərk etmək istədiyi, lakin bunun reallaşmadığı bildirilir.
Qeyd edək ki, təcrübəli forvard cari mövsümdə bütün turnirlərdə 26 matçda iştirak edib, 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq