Bu ilin yanvar ayında satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 228 müqavilə rəsmiləşdirilib.
“İki sahil” xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynalov bildib.
Onun sözlərinə görə, bu il dövlətdən kirayəyə mənzil götürənlərin sayının ötən illə müqayisədə çox olacağı gözlənilir.
"Kirayə mənzil mexanizmi şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçündür. Bu gün bu mexanizmə maraq çox böyükdür. Biz bunu müraciətlərin və rəsmiləşdirmələrin sayında görə bilərik. İndiyə qədər 9 298 mənzil vətəndaşlara kirayəyə verilib. Təkcə ötən il kirayə müqaviləsinin sayı 2 813 olub. Bu da əvvəlki illərə nisbətən bir neçə dəfə çoxdur. Bu da ona deməyə əsas verir ki, mexanizmə maraq ildən-ilə artır", - deyə Fond rəsmisi əlavə edib.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib