Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirovun həbs müddəti uzadılıb.
“İki sahil” xəbər verir ki, bununla bağlı Səbail rayon Məhkəməsində qərar qəbul olunub.
Qərara əsasən, Eldar Əmirov barəsində seçilmiş həbs qətimkan müddəti 4 ay müddətinə uzadılıb.
Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub, daha sonra son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib. /APA/
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib