Azərbaycanla ABŞ arasında süni intellekt sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi ilə görüşünə dair "X" sosial media hesabında etdiyi paylaşımda bildirib.
Aparıcı ABŞ şirkətlərinin rəhbər və nümayəndələrinin də görüşdə iştirak etdiyini bildirən nazir vurğulayıb: "Görüş zamanı kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal #texnologiyalar sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik".
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib