“Qarabağ”ın futbolçusu Nəriman Axundzadə ABŞ-ın "Kolumbus Kryu" klubuna keçir.
“İki sahil” xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, qarşı tərəflə aparılan danışıqlar yekun mərhələyə çatıb və tərəflər arasında razılıq əldə olunub.
“Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib. Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaq”, - deyə açıqlamada qeyd olunub.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq