“Neftçi” bu il ilk transferini həyata keçirib.
“İki sahil” xəbər verir ki, klubdan verilən məlumata görə, braziliyalı hücumameyilli yarımmüdafiəçi Breno Almeyda ilə 2.5 illik müqavilə imzalanıb.
Sonuncu klubu “Etnikos” (Kipr) olan 27 yaşlı futbolçu Braziliya, Səudiyyə Ərəbistanı və Malta liqalarında da oynayıb. O, 2024-cü ilin yayından çıxış etdiyi “Etnikos”un heyətində bu mövsüm 14 rəsmi oyunda meydana çıxıb, 3 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq