Azərbaycanda yağıntılı və küləkli hava şəraiti davam edir.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 10-u saat 14:00-a olan məlumatında bildirilib.
Belə ki, Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Şirvan, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, İmişli, Hacıqabul, Sabirabad, Qax (Sarıbaş), Şəki (Kişçay), Salyan, Şamaxı, Qobustan, Xızı, Quba, Qusar, Xaltan, Şabran, Neftçala, Beyləqan, Qəbələ, Şahdağ, Yardımlıya qar, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Ağdam, Lerik, Lənkəran, Astara, Gəncə, Naftalan, Şəmkir, İsmayıllı, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Sədərək, Xocalı, Füzuli, Ağcabədi, Goranboy, Oğuz, Bərdəyə isə yağış yağır.
Şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27, Şirvanda 21, Salyanda 18 m/s-dək güclənir.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib